AZ

Rusiyada baş verən avtoqəzada 20-dən çox şəxs xəsarət aldı

Rusiyanın Bryansk vilayətində ağır yol qəzası baş verib, 21 nəfər xəsarət alıb.

Avtosfer.az-ın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, uşaqları daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub.

Bildirlib ki, yaralıların hamısı tibb müəssisəsinə yerləşdirilib.

Toqquşma nəticəsində ölən olmayıb.

Polis yol-nəqliyyat hadisəsinin səbəb və baş vermə şəraitini araşdırır.

Seçilən
74
1
avtosfer.az

2Mənbələr