AZ

PSJ Mbappeyə təzminat ödəyəcək

PSJ və klubun sabiq futbolçusu, hazırda "Real"da çıxış edən Kilian Mbappe arasında məhkəmə prosesi başa çatıb.

"Yeni Sabah" RMC Sport-a istinadla xəbər verir ki, məhkəmə Kilian Mbappeyə 61 milyon avro ödəməyi əmr edib. Bildirilib ki, qərar yekdilliklə qəbul edilib və hökm dərhal icra edilməlidir.

Xatırladaq ki, 2025-ci ilin noyabr ayında Mbappenin PSJ-dən 263 milyon avro təzminat tələb etdiyi bildirilmişdi. Bu məbləğə hücumçunun müqaviləsi bitdikdən sonra ödənilməmiş maaşı və bonusları, eləcə də komandadakı müalicəsi üçün kompensasiya daxildir.

Kilian 2024-cü ilin yayında "Real"a keçib.


Telegram kanalımız
Seçilən
56
2
yenisabah.az

3Mənbələr