“Mançester Siti”nin və İtaliya millisinin qapıçısı Canluici Donnarumma 2025-ci ilin ən yaxşı qapıçısı seçilib.
Publika.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Cari ildə italiyalı qolkiper PSJ ilə Fransa çempionatını, Çempionlar Liqasını və ölkə kubokunu qazanıb. Yayda Cici 35 milyon avro qarşılığında “Mançester Siti”yə keçib. Donnarumma həmçinin Çempionlar Liqasında mövsümün simvolik komandasına da daxil edilib.
“Mançester Siti”nin heyətində Donnarumma indiyədək bütün turnirlərdə 18 matç keçirib, bu oyunlarda 16 qol buraxıb və 8 görüşdə qapısını toxunulmaz saxlayıb.