Bakı. Trend:
2026-cı ilin 17–22 may tarixlərində Birləşmiş MillətlərTəşkilatının Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək XIIIsessiyası (WUF13) çərçivəsində baş tutacaq Urban Expo sərgisinəmüraciətlərin qəbuluna başlanılıb.
Trend xəbərverir ki, bu barədə WUF13-ün "X" hesabında məlumat paylaşılıb.
"35,000 kvadratmetr sahəni əhatə edəcək sərgidə milli və yerlihökumətlər, regional qurumlar, BMT agentlikləri, akademikinstitutlar, beynəlxalq maliyyə qurumları, vətəndaş cəmiyyətitəşkilatları, fondlar və özəl şirkətlərin iştirakı gözlənilir.
Müraciətlər 31 mart 2026-cı il tarixinədək onlayn şəkildə qəbulolunur. Hər bir kateqoriya üzrə yalnız bir müraciət təqdim ediləbilər.
Qeydiyyat və ətraflı məlumat üçün "Urban Expo" səhifəsinə daxilola və ya [email protected] ünvanı ilə əlaqə saxlayabilərsiniz", - məlumatda qeyd edilib.