AZ

Əmirbəyov Ermənistan konstitusiyasına dair tələbi xatırlatdı

2025-ci il təkcə Azərbaycan və Ermənistan münasibətləri üçün deyil, həm də bütün Cənubi Qafqaz regionu üçün tarixi əhəmiyyətli mərhələyə çevrilib.

"Yeni Sabah" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov “The Holland Times” qəzetinə müsahibəsində bildirib.

"Ölkələrimiz avqust ayında sülh sazişi layihəsini paraflayıblar. Ümid edirik ki, gələn il imzalana bilər. İki həftə əvvəl ATƏT Minsk qrupunun və onun əlaqəli strukturlarının ləğvi prosesini başa çatdırıb. Minsk qrupu 2020-ci ildən fəaliyyət göstərməyən qurumdur. Məqsədimiz ölkələrimiz arasında davamlı sülhü təmin etməkdir. Buna nail olmaq üçün Ermənistan Konstitusiyası həm ilkin imzalanmış sülh sazişinə uyğunlaşdırılmalıdır ki, son variant imzalansın”, - Elçin Əmirbəyov bildirib.

Ermənistan konstitusiyasının paraflanmış sülh sazişinə zidd olması fikri yenidir və hələ ki, Ermənistan tərəfindən heç bir şərh almayıb. İndiyədək Bakı öz absurd tələbinə başqa “izahlar” da verib.


Telegram kanalımız
Seçilən
98
yenisabah.az

1Mənbələr