Trampın kürəkəninə məxsus şirkət NATO tərəfindən bombalanmış Belqraddakı Baş Qərargahın xarabalıqları üzərində otel tikmək fikrindən vaz keçib.
KONKRET.az xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, Kuşnerin şirkətinin layihədə iştirakdan imtina etməsi səbəbindən ölkə 750 milyard avrodan çox investisiyanı itirəcək. O, Baş Qərargahın yerində kompleksin tikintisinə qarşı çıxan hər kəsə qarşı cinayət işi qaldırmaqla hədələyib.
Noyabrın əvvəlində Serbiya parlamenti lex specialis adlı xüsusi qanun qəbul edib. Bu qanun tikinti zamanı adi prosedur və icazələrin — o cümlədən Mədəni İrsin Qorunması İnstitutunun binanın sökülməsinə dair ekspert razılığının — kənarlaşdırılmasına imkan verirdi.
Bu addım müxalifət və mütəxəssislər tərəfindən kəskin tənqid olunub. Belqradda isə Baş Qərargahın yerində otel tikintisinə qarşı etiraz aksiyaları keçirilib.
Ağagül Mürsəlov,
KONKRET.az