AZ

Bakıda beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulur

BAKI, 16 dekabr. TELEQRAF

“Bu gün “Dünya İdman Paytaxtı” statusu rəsmi olaraq Monakodan Bakıya keçdi. Gələn ilin sonu isə eyni qayda da Bakıdan Buenos-Ayresə keçəcək.

Teleqraf xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin rəisi Elnur Məmmədov Bakının “Dünya İdman Paytaxtı” elan olunması ilə bağlı keçirilən tədbirdə deyib.

Nazirlik rəsmisi bildirib ki, Bakının dünyanın idman paytaxtı statusu alması ilə bağlı gələn il şəhərimizdə bir sıra beynəlxalq tədbirlərin və yarışların keçirilməsi nəzərdə tutulur.

Seçilən
121
teleqraf.com

1Mənbələr