Bakı. Trend:
"İnter"in müdafiəçisi Denzel Dumfrisin yaşıl meydanlara qayıdışıləngiyir.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçunun zədəsigözləniləndən ciddidir. Bu barədə insayder Nikolo Skira məlumatyayıb.
Noyabrın 9-da "Latsio" ilə matçda topuğundan xəsarət alanDumfrisin zədəsinin yüngün olduğu ehtimal olunurdu. Lakin 29 yaşlısağ cinah müdafiəçisinin ayağındakı ağrılan azalmayıb. Buna görə dəfutbolçu əməliyyat olunacaq. Təcrübəli oyunçu gələn ilin martayında yaşıl meydanlara qayıdacaq.
Qeyd edək ki, "İnter" Denzel Dumfrisi 2021-ci ilin yayındaPSV-dən transfer edib. Niderland millisinin üzvü bu mövsüm milantəmsilçisinin meydana çıxdığı 17 rəsmi matçda 3 qol vurub.