AZ

Azərbaycandan ən çox məhsul alan ölkələr - CƏDVƏL

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 3 milyard 317 milyon 033.79 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. 

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, qeyri-neft məhsullarının ixracında 226 milyon 414,65 min ABŞ dolları və ya 7,32% artım olub. 

Belə ki, ötən ilin eyni dövründə xaricə 3 milyard 90 milyon 619.14 min ABŞ dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. 

Statistikaya əsasən qeyri-neft məhsulllarının ixracında liderliyi 1 milyard 78 milyon  687,47 min ABŞ dolları dəyərində məhsul almaqla Rusiya qoruyub.

Ölkə İxrac məbləği (min ABŞ dolları)
Rusiya 1 078 687,47
Türkiyə 546 138,92
İsveçrə 315 254,62
Gürcüstan 306 142,29
Ukrayna 190 173,83
Birləşmiş Ərəb Əmirlikləri 105 846,46
Qazaxıstan 86 900,73
Belarus 71 041,84
Özbəkistan 68 494,74
Türkmənistan 56 853,25
Digər ölkələr 491 499,65
  16.12.2025
Seçilən
102
olke.az

1Mənbələr