AZ

Siqaret tüstüsü 12 saat havada qalır  

Siqaretin vurduğu zərərlər ictimai sağlamlığa təhlükə yaradır. Mütəxəssislər bildirirlər ki, tütün məhsullarından istifadə etmədən onun tüstüsünə məruz qalmaq, digər sözlə passiv siqaret çəkmə kanserogenlərin və reproduktiv toksinlərin orqanizmə daxil olmasına səbəb olur. Elmi tədqiqatlar göstərir ki, otaq havalandırıldıqdan 12 saat sonra belə tütün qalıqları havada qalır, xalça, pərdə və divar kağızı nümunələrində nikotin və kanserogen maddələrə rast gəlinir. Hətta üç aydan sonra belə aparılan səth analizləri NNK adlı kanserogen maddənin mövcudluğunu aşkar edir. Bu çirkləndiricilər tək bir məkanda qalmır, mənzillər arasında hərəkət etməyə davam edir, bina və ventilyasiya şaxtalarından keçərək digər ərazilərə yayılır.

Siqaret tüstüsünə məruz qalmaq infeksiyalara qarşı müqavimətin azalmasına, xəstəlik riskinin artmasına və sağalmanın yavaşlamasına səbəb olur.

Ülkər XASPOLADOVA ,

“Azərbaycan”

Seçilən
110
azerbaijan-news.az

1Mənbələr