Niderland hökuməti ABŞ-dan Ukraynanın F 16 qırıcıları üçün sursat alınmasına 250 milyon avro ayırdığını elan edib.
Aznews.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” Niderlandın Baş naziri Dik Sxoofa istinadən məlumat yayıb.
Bundan əlavə, Dik Sxoof Ukraynaya 700 milyon avro məbləğində əlavə müdafiə yardımı vəd edib.