Rusiya Deutsche Welle-ni "arzuolunmaz təşkilat" elan edib
Rusiya Ədliyyə Nazirliyi Almaniyanın dövlətə məxsus beynəlxalq yayım təşkilatı Deutsche Welle (DW)-ni "arzuolunmaz təşkilat" elan edib.Nazirlik DW-ni ölkədəki "arzuolunmaz təşkilatlar" siyahısına əlavə edib və bu siyahı onun veb saytında mövcuddur.
Rusiyada bəzi təşkilatlar milli təhlükəsizliyə təhdid yaratdığı əsas gətirilərək bu siyahıya əlavə olunur və bu təşkilatlarla əməkdaşlıq edənlər inzibati cəzaya məruz qala bilərlər.
DW-nin Rusiyada yayımı 2022-ci ilin fevral ayında qadağan edilib.
aia.az
Tərcümə şöbəsi