AZ

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün – Tarixi Zəfər” adlı kitabının III və IV cildinin təqdimatı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitabın təqdimat mərasimində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışıb və bu Qələbəni bizlərə yaşadan qəhrəman şəhidlərimizin xatirələrinin daim uca tutulacağını bildirib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xatirə Kitabı Redaksiyasının baş direktoru Nəzakət Məmmədova çıxış edərək kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışıb, şəhidlərimizin qəhrəmanlığının bundan sonra da tədqiqat və təbliğat mövzusu olacağını qeyd edib.

Bildirilib ki, “44 gün – Tarixi Zəfər” kitabında Vətən müharibəsində həlak olan qəhrəman şəhidlərimiz barədə ensiklopedik məlumat verilib və onların xatirəsi əbədiləşdirilib.

Təqdimat mərasimində çıxış edənlər Vətən müharibəsində qazanılan Qələbədə canını fəda edən şəhidlərimizin qəhrəmanlıqları haqqında danışaraq, kitabın hazırlanmasında zəhməti olanlara minnətdarlıq ediblər.

Sonda şəhid ailələrinə “44 gün – Tarixi Zəfər” kitabı hədiyyə olunub.

Seçilən
69
1
azerbaijan-news.az

2Mənbələr