AZ

Almaniya Patriot unu Ukraynaya verdi

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Almaniya Ukrayna silahlı qüvvələrinə iki ədəd "Patriot" hava hücumundan müdafiə sistemi (HHM) və doqquzuncu "IRIS-T" kompleksini təhvil verib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Almaniyanın müdafiə naziri Boris Pistoriusun bəyanatına istinadən bildirib.

"Sonuncu görüşümüzdən bəri Ukraynanın hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirmişik, xüsusilə avqustda vəd edilən iki "Patriot" sisteminin və doqquzuncu "IRIS-T" sisteminin tədarükü sayəsində", - Pistorius bildirib.

Onun sözlərinə görə, gələn il Almaniya həmçinin Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Almaniya arsenalından böyük miqdarda "AIM-9 Sidewinder" raketlərini Ukraynaya təhvil verəcək.

Bundan başqa, nazirin sözlərinə görə, Berlin NATO-nun PURL mexanizmi vasitəsilə ABŞ arsenallarından kritik əhəmiyyətli silah və sursat alınması üçün Kiyevə əlavə 200 milyon dollar ayırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
3
olke.az

6Mənbələr