AZ

Azərbaycan İsraillə prioritet istiqamətlər üzrə iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və İsrail mövcud potensialdan səmərəli istifadə edərək iki ölkə arasında iqtisadi tərəfdaşlığın daha da dərinləşməsinə, qarşılıqlı investisiyaların və ticarət dövriyyəsinin artırılmasına töhfə verə bilər.

Aznews.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarovun İsrailin Maliyyə Nazirliyində nazir, birgə komissiyanın həmsədri Zeev Elkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə qeyd olunub.

Görüşdə İsraillə iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, əməkdaşlığın gündəmində olan aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
51
3
aznews.az

5Mənbələr