“Ukraynanın NATO-ya üzvlüyü məsələsi artıq müzakirə edilmir və bu vəziyyətdə Avropa İttifaqı ölkəyə güclü təhlükəsizlik zəmanətləri verməlidir”.
Bu sözləri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.
O bu barədə Aİ xarici siyasət idarələrinin rəhbərləri ilə görüş zamanı açıqlama verib:
“NATO-ya üzvlük məsələsi artıq müzakirə olunmadığından Avropa İttifaqı Ukraynaya sadəcə hansısa bir kağız parçası deyil, həqiqətən ciddi təhlükəsizlik zəmanətləri təqdim etməlidir. Bunlar real hərbi imkanlar və qoşun kontingentləri olmalıdır”.
"Cebheinfo.az"