Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna qoşunlarına iki "Patriot" zenit-raket sistemi və doqquzuncu "Iris-T" sistemi təhvil verdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzetinin məlumat yayıb.
Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasının açılışında Pistorius həmçinin bildirib ki, Almaniya gələn il Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün öz arsenalından xeyli sayda "AIM-9 Sidewinder" raketi təhvil verməyi planlaşdırır .
Onun sözlərinə görə, Almaniya NATO-nun Purl proqramı çərçivəsində ABŞ-dən Ukraynaya silah və sursatların alınması üçün əlavə 200 milyon dollar ayırıb.