AZ

Eurovision 2026 da iştirak edəcək ölkələrin adları açıqlandı

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2026-cı ildə keçiriləcək "Eurovision" mahnı müsabiqəsində ümumilikdə 35 ölkə iştirak edəcək.

Milli.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, İsrailin müsabiqədə iştirakı ilə bağlı yaranan narazılıqlar səbəbindən beş ölkə yarışmanı boykot etsə də, müsabiqə planlaşdırıldığı kimi Vyana şəhərində keçiriləcək.

İsrailin Avroviziyadan kənarlaşdırılması ilə bağlı çağırışlar səsləndirilsə də, Avropa Yayım Birliyi 4 dekabr tarixli iclasında bu məsələ ilə bağlı səsverməyə ehtiyac olmadığına qərar verib.

Qərardan sonra İslandiya, İrlandiya, Hollandiya, Sloveniya və İspaniyadakı ictimai yayımçılar 2026-cı ilin mayında Vyanada keçirilməsi planlaşdırılan müsabiqəni boykot edəcəklərini açıqlayıblar.

Buna baxmayaraq, EBU iştirakçı yayımçıların siyahısını açıqlayaraq 35 ölkənin yarışmaya qatılacağını bildirib. 

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
2
news.milli.az

10Mənbələr