AZ

Vahid Ələkbərovun şirkətinin əsas alıcısı tapıldı Lukoy un sahibi kim olacaq?

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Səudiyyə Ərəbistanının “Midad Energy” şirkəti Rusiyanın “Lukoyl” neft şirkətinin beynəlxalq aktivlərini almaq üçün əsas iddiaçılardan biri olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Reuters agentliyinə məsələ ilə tanış olan üç mənbə məlumat verib.

Təxminən 22 milyard dollar dəyərində qiymətləndirilən bu aktivlərə neft yataqları, neft emalı zavodları və dünyanın müxtəlif ölkələrində yerləşən minlərlə yanacaqdoldurma məntəqələri daxildir. Məlumata görə, aktivlərin alınmasına dair təxminən on iki investor maraq göstərib. Onların arasında ABŞ-ın “Exxon Mobil” və “Chevron” şirkətləri, eləcə də “Carlyle” adlı özəl investisiya fondu da var. “Midad Energy” və “Lukoyl” agentliyin sorğusuna cavab verməyib. ABŞ Maliyyə Nazirliyi də şərh verməkdən imtina edib.

Mənbələrin sözlərinə görə, “Midad Energy” tam nağd ödənişli alqı-satqı təklif edir. Pullar isə “Lukoyl”a qarşı tətbiq olunan sanksiyalar ləğv olunana qədər depozit hesabında saxlanılacaq. Həmçinin bildirilir ki, sövdələşmədə ABŞ şirkətləri də iştirak edə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
135
2
globalinfo.az

3Mənbələr