Yazını böyüt
Yazını kiçilt
FİFA ilin ən baxımlı qol müəllifini açıqlayıb.
Hafta.az xəbər verir ki, Argentinanın "İndependyente" klubunun futbolçusu Santyaqo Montiel 2025-ci ilin ən yaxşı qoluna görə FİFA-nın "Puşkaş" mükafatına layiq görülüb.
Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. İlin ən yaxşı qolu "FİFA əfsanələri"ndən ibarət münsiflər heyəti və azarkeşlərin FİFA-nın rəsmi saytında səsverməsi yolu ilə müəyyənləşib.
Montiel bu mükafata 2025-ci il mayın 11-də "İdependent Rivadavia" ilə oyunda cərimə meydançasından kənardan vurduğu baxımlı akrobatik qola görə sahib çıxıb.