AZ

Sumqayıtda uzun müddətdir aparılan kanalizasiya xəttinin çəkilişi niyə başa çatmır?VİDEO

Yarımçıq kanalizasiya işi sakinlərin həyatını iflic edib. Yollar  keçilməz hala düşüb. Hətta, vəziyyət o yerə çatıb ki, sakinlər məişət tullantılarını həyətlərindən çıxarıb ata bilmirlər. Görüntülər Sumqayıtdandır.

Xezerxeber.az-ın xəbər verir ki, sakinlərin sözlərinə görə, avtomobillər palçığa bataraq yolda qalır, palçığın səviyyəsi bəzi yerlərdə dizə qədər çatır. Bu səbəbdən təcili tibbi yardım, taksi və digər xidmət avtomobilləri küçəyə daxil olmaqdan imtina edir.  Ən acınacaqlısı isə budur ki, yolsuzluq səbəbindən məişət tullantılarını sakinlərinlər həyətlərindən çıxarıb ata bilmirlər.

Məsələ ilə bağlı apardığımız araşdırma zamanı məlum olub ki, ərazidə kanalizasiya xətlərinin çəkilişi ADSEA-nın podratçı təşkilatı olan şirkət tərəfindən həyata keçirilir. Şirkətin baş mühəndisi Elvin Əhmədov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, layihə tələblərinə uyğun olaraq Kamran Hüseynov küçəsində, 9 nömrəli orta məktəbin qarşısında diametri 1600 mm olan dəmir-beton kanalizasiya kollektorunun tikintisi artıq başa çatıb və hazırda son tamamlama işləri icra olunur. Baş mühəndisin sözlərinə görə, son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən tamamlama işləri, eləcə də küçənin məktəb önünə düşən hissəsində asfalt örtüyünün bərpası gecikib.

Bildirilib ki, yaxın vaxtlarda sözügedən küçədə asfalt örtüyü tam bərpa ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
90
1
xezerxeber.az

2Mənbələr