ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Trabzonspor"un gənc və istedadlı futbolçusu Oulai Avropanın ən böyük klublarının diqqət mərkəzindədir.
Fanat.Az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Bayern Münhen"lə yanaşı, həmçinin "Mançester Siti" də Oulai ilə ciddi şəkildə maraqlanır.
Bu mövsüm keçirdiyi 10 matçda 2 qol və 3 asistlə fərqlənən 19 yaşlı istedadın Qara dəniz təmsilçisi ilə müqaviləsi 2030-cu ilə qədərdir.
Onun transfer dəyəri 4 milyon avro olaraq qiymətləndirilir.
Kamil Xudiyev
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.