AZ

Rəqsanə üç aya 300 kitab oxuyub? Həmin müddətə yalnız onların adlarını oxumaq mümkündür

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müğənni Rəqsanə İsmayılova müsahibələrindən birində həbsdə olduğu üç ay müddətində 300 kitab oxuduğunu iddia edib. Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bəs 3 ay ərzində 300 kitab oxumaq mümkündürmü?

Redaktor.az  xəbər verir ki, BAKU TV bu sualla paytaxt sakinlərinə müraciət edib.

Bir sakin bildirib: "Mümkün deyil. Onda gərək gecələr yatmasın ki, həmin kitabları oxuyub qurtara bilsin".

Başqa bir sakin isə belə deyib: "Bəlkə də oxuyub. Çünki həbsdə olduğu müddətdə boş vaxtı çox ola bilər".

Kitab bloqeri Sərxan Rüstəmov isə qeyd edib ki, adətən insanlar aya iki kitab oxuyurlar, bu da il ərzində 24 kitab edir: "Bu, normal göstəricidir. 3 aya 300 kitab oxumaq isə qeyri-ciddidir. Həmin müddətə yalnız kitabların adını oxumaq mümkündür. 3 aya 300 kitab oxumaq, yəni gündə üçdən çox kitab deməkdir. Bu da qeyri-real fikirdir. Yəqin ki, Rəqsanə xanım kitab oxumaqla mahnı oxumağı səhv salıb. Üç aya ancaq 300 mahnı oxumaq olar, kitab oxumaq isə mümkün deyil".

Daha ətraflı videomaterialda:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
7
redaktor.az

7Mənbələr