Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Qayda pozan və sürət həddini aşan sürücülər ağır yol qəzasına düşüblər. Avtosfer.az xəbər verir ki, Türkiyənin İzmir şəhərində baş verən hadisə kameraya düşüb. Məlumata görə, şəhərin Seferihisar rayonunda yüksək sürətlə idarə olunan 35 CFT 739 nömrə nişanlı “Volkswagen” markalı avtomobil piyada keçidindən keçməyə çalışan motosikletçini vurub.
Zərbənin təsirindən sürücü motosikletlə birgə bir neçə metr sürüklənib və qarşıda hərəkətdə olan başqa bir maşına arxadan çırpılıb.
Qəza nəticəsində motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bundan əlavə, hər iki avtomobilə ciddi zərər dəyib.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:
Namiq Musayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.