AZ

Biz Ukraynaya nəfəs almaq imkanı verməyəcəyik – Dmitri Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəyə son qoymaq və Avropada gələcək sülhü təmin etmək istəyir: “Ukraynalılar qısamüddətli, qeyri-mümkün həllərlə razılaşma əldə etmək istəyi ilə hərəkət etməyə başlayıblar, lakin biz bunda iştirak etməyə hazır deyilik.

Biz Ukraynaya nəfəs almaq və münaqişənin davam etməsinə hazırlaşmaq üçün atəşkəs deyil, sülh istəyirik”, – deyə Kremlin sözçüsü jurnalistlərə bildirib.

Daha əvvəl Peskov qeyd etmişdi ki, dekabrın sonuna qədər Ukraynada sülh razılaşmasına nail olmaq üçün mümkün müddətə sadiq qalmayacaq.

//Samir Qurbanov, Editor.az

Seçilən
141
8
editor.az

10Mənbələr