AZ

“Qrinç”in qriminə görə 20 milyondan imtina edirmiş

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Məşhur aktyor Cim Kerri “Qrinç” filmindəki ağır qrim səbəbindən çəkilişləri tərk etməyi və 20 milyon dollarlıq qonorardan imtina etməyi düşünüb.

Axşam.az xəbər verir ki, Aktyor qrim prosesinin onun üçün əsl bir işgəncə olduğunu və çəkilişlər zamanı yalnız ağızla nəfəs ala bildiyini qeyd edib.

Kerri bildirib ki, “Qrinç” kostyumu dəhşətli dərəcədə qaşındıran yak yunundan hazırlanmışdı və uzun, on düymlük barmaqların olması səbəbi ilə nə özünü qaşıya, nə də üzü ilə hansısa hərəkət edə bilirdi.

Filmin çəkilişləri başlayan kimi Cim Kerri panik ataklar yaşayıb və çəkilişləri tamamilə dayandırmaq fikrinə düşüb. Lakin onun köməyinə CIA-nın işgəncələrə qarşı müqavimət üzrə eksperti gəlib, hansı ki, ona ayaqlarına vurmaq, tez-tez siqaret çəkmək və bol qida qəbul etmək kimi bəzi üsulları məsləhət görüb. Aktyor əlavə edib ki, ona musiqi dinləmək, xüsusən də “Bee Gees” qrupunun mahnılarına qulaq asmaq da kömək edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
axsam.az

1Mənbələr