AZ

Litvada qaçaqmalçılara qarşı irimiqyaslı əməliyyat keçirildi

BAKI, 16 dekabr. TELEQRAF

Litva polisi paytaxt Vilnüsdə qaçaqmalçılara qarşı irimiqyaslı əməliyyat həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb.

Əməliyyat zamanı 80-ə yaxın ünvanda axtarış aparılıb və 21 nəfəri həbs edilib.

Polis komissarının müavini general Marius Draudvila bildirib ki, polis təkcə qrup üzvlərini deyil, həm də onların liderlərini həbs edib.

Həbs edilənlər həmçinin oğurluq, qətl, ictimai asayişi pozmaq və qanunsuz narkotik saxlamaqda ittiham olunurlar.Əməliyyatda 140 polis əməkdaşı iştirak edib.

Təşkilatçılar Belarusdakı tərəfdaşları ilə sövdələşərək qaçaqmal daşıyan şarları havaya buraxıblar. Qrup üzvləri hava yolu ilə çatdırılan malları təyin olunmuş yerlərə çatdırıblar.

Seçilən
134
teleqraf.com

1Mənbələr