AZ

“Fitch” qlobal polad bazarını analiz edib

Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch”: Qlobal polad bazarında 2026-cı ildə mülayim bərpa gözlənilir.

Banco.az xəbər verir ki, “Fitch Ratings” 2026-cı ildə qlobal polad bazarında mülayim bərpa gözlədiyini və bunun sektor üzrə neytral görünüşü dəstəklədiyini açıqlayıb. Agentlik Çin-də polad istehlakının azalmasının digər regionlarda artan tələblə kompensasiya olunmayacağını bildirib.

“Fitch”in qiymətləndirməsinə görə, yumşaldılan pul siyasəti, davam edən infrastruktur yatırımları və tikinti sektorunda canlanma bazarı dəstəkləyəcək. Bununla yanaşı, geosiyasi qeyri-müəyyənliklər və ticarət gərginlikləri əsas risklər kimi qalır.

Çində polad istehsalının 2026-cı ildə 4,5 faiz azalacağı, ixracın isə 109 milyon tona düşəcəyi proqnozlaşdırılır. Hindistanda iqtisadi artımın davam edəcəyi, Avropa və ABŞ-da isə infrastruktur və müdafiə xərclərinin tələbi dəstəkləyəcəyi vurğulanır.

Ən yüksək faiz verən depozit hansı bankdadır?

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
1
banco.az

2Mənbələr