AZ

2025-ci ilin ən yaxşı oyunçusunun adı məlumOLDU

Fransa milli komandasının və PSJ futbol klubunun hücumçusu Usman Dembele FIFA tərəfindən 2025-ci ilin oyunçusu seçilib.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, ötən mövsüm futbolçu klubu ilə Fransa çempionluğunu, Fransa Kubokunu, Fransa Superkubokunu və Çempionlar Liqasını qazanıb. O, həmçinin komanda ilə Klublararası Dünya Kubokunun finalına yüksəlib.

Ötən mövsüm 28 yaşlı hücumçu bütün yarışlarda 53 oyun keçirib, 35 qol vurub və 16 məhsuldar ötürmə edib.

Seçilən
56
1
redaktor.az

3Mənbələr