AZ

İki nəfər ölüb, bir nəfər isə xəsarət alıb – YENİLƏNİB – FOTO

Ölənlərin sayı 2-yə çatıb.

NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, qəzada yaralanan rayonun Yeni Şərif kənd sakini 31 yaşı Şamil Saxalov müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq həyatını itirib.

Şamil Saxalov

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi rayonun Talalar kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106″nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü, 22 yaşlı Rufan Bayramov və “VAZ-2106″da olan sərnişin, 31 yaşlı Şamil Saxalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

*****

15.12.2025

19:18

Balakəndə baş verən qəzada sürücü ölüb, daha iki nəfər xəsarət alıb

NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, qəza rayonun Talalar kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bizi Facebookda izləyin

Seçilən
83
17
nocomment.az

10Mənbələr