Yunanıstanın "Aegean" Hava Yollarına məxsus təyyarə 35 il ərzində Bağdad beynəlxalq hava limanına eniş edən ilk Avropa təyyarəsi olub.
Publika.az AFP-yə istinadla xəbər verir ki, bu barədə İraq Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nazirlik açıqlamasında təyyarənin gəlişinin "İraqın Avropa aviasiya xəritəsinə qayıtması" və "İraqın aviasiya sektorunun bərpasında yeni bir mərhələ" olduğunu bildirib.
Nazirlikdən bildirilib ki, Afina-Bağdad marşrutu həftədə iki dəfə işləyəcək və tələbatdan asılı olaraq uçuşların sayının artırılması mümkündür. Bu ilin əvvəlində Yunanıstan aviaşirkəti şimal Kürdüstan muxtar bölgəsinin paytaxtı Ərbilə uçuşlar həyata keçirməyə başlayıb.