AZ

“Mançester Siti”nin vingeri sıradan çıxdı

“Mançester Siti”nin vingeri Jeremi Doku zədə səbəbindən müvəqqəti olaraq sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, belçikalı futbolçu 2–3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Onun 2026-cı il yanvarın 1-də Premyer Liqada “Sanderlend”lə oyuna qədər hazır olması gözlənilir.

Qeyd edək ki, Doku bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 22 oyunda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
120
idmanxeber.az

1Mənbələr