AZ

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

Bakı. Trend:

Azərbaycan Respublikası Əməkdar bədən tərbiyəsi və idman xadimi,Əməkdar elm xadimi, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli " Vətənəxidmətə görə" ordenləri ilə təltif olunmuş Ağacan Abiyevin şərəfinəhəsr olunmuş birinci boks turnirinin açılış mərasimi keçirilib.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Trend-ə bildirilib ki,2012-2013-cü illər təvəllüdlü yeniyetmə oğlanlar arasında keçirilənturnirin açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himnisəsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutlayad edilib. Parad iştirakçıları, məşqçilər və hakimlər marşsədaları altında idman arenasına daxil olublar.

Açılış mərasimində gənclər və idman nazirinin müavini FərhadHacıyev çıxış edərək Ağacan Abiyevin Azərbaycan idmanındakı əvəzsizxidmətlərindən və ölkəmizdə boksun inkişafına verdiyi mühümtöhfələrdən danışıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəturnirin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. Obildirib ki, müstəqillik dövründə Azərbaycanda yeniyetmələrarasında ilk beynəlxalq turnirin təşəbbüskarı məhz Ağacan Abiyevolub.

Çingiz Hüseynzadə vurğulayıb ki, 1990-cı illərin sonlarında buturnirin təşkil edilməsi Azərbaycanın beynəlxalq idman arenalarındatəşkilatçı ölkə kimi tanınmasında mühüm rol oynayıb və buistiqamətdə Ağacan Abiyevin xidmətləri əvəzsizdir. MOK rəsmisi buyaxınlarda Ağacan Abiyevin Avropa Olimpiya Akademiyası tərəfindənAvropa Olimpiya Hərəkatında və idmanın inkişafında göstərdiyixidmətlərə görə xüsusi mükafata layiq görülüldüyünü qeyd edərəkhəmin mükafatı Ağacan Abiyevə təqdim edib.

Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri SamirHüseynov turnirin əhəmiyyətindən danışaraq ötən həftə Azərbaycanınən gənc boksçusu Sübhan Məmmədovun dünya çempionu olduğunuvurğulayıb və onun dünyada bu uğura layiq görülən ən gənc boksçuolduğunu diqqətə çatdırıb.

Tədbirdə Ağacan Abiyev boks əlcəyini imzalayaraq SübhanMəmmədova verib.

Dünya çempionu Sübhan Məmmədov çıxışında Ağacan Abiyevə dəyərlihədiyyəyə görə minnətdarlığını bildirərək, Olimpiya Oyunlarında daeyni uğuru təkrarlayacağına əminliyini ifadə edib.

Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev AğacanAbiyevin xidmətlərindən danışaraq bildirib ki, o, 28 ilə yaxınİdman Akademiyasına rəhbərlik edib və beynəlxalq dərəcəli hakimolmaqla yanaşı, elm adamı və pedaqoq kimi gənc idmançılarınformalaşmasında xüsusi rol oynayıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan İdmanVeteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu ZemfiraMeftaxetdinova turnirin yeniyetmə idmançılar üçün əhəmiyyətinivurğulayıb. O, ardınca Azərbaycan İdman Veteranları İctimaiBirliyinin üzv kitabçasını Ağacan Abiyevə təqdim edib.

Mərasimdə boks üzrə beynəlxalq dərəcəli hakim Elnur Məmmədliturnirin təşkilatçılarına minnətdarlığını bildirərək yarışiştirakçılarına uğurlar arzulayıb.

Sonra turnirin hakimlər heyəti yarış iştirakçılarına təqdimedilib. Tədbirdə Ağacan Abıyev haqqında videoçarx təqdim edilib.Tədbirin bədii hissəsindən sonra 1/4 final yarışlarına startverilib.

Qeyd edək ki, dekabrın 19-dək davam edəcək turnirdə Bakının"Qızıl əlcək", "Dinamo", "Təhsil", "Neftçi" , AHTİA, MOİKkomandaları ilə yanaşı, Gəncə və Sumqayıtı təmsil edən 100-ə yaxınboksçu qüvəsini sınayır.

18 çəki dərəcəsi üzrə keçiriləcək yarışların baş hakimibeynəlxalq dərəcəli hakim Anar Nağdıyevdir. Turnirin finalgörüşləri dekabrın 19-da keçiriləcək.

Seçilən
42
3
az.trend.az

4Mənbələr