Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Neftçi” yeni baş məşqçisi Yuri Vernidubla ilk oyununa çıxdı. “Ağ-qaralar” “Sumqayıt”la oyunun 5-ci dəqiqəsində 2-ci qolu vursa da, matçın böyük hissəsində həm oyun, həm də nəticə baxımdan üstün olsa da, sonda qələbə hesabını qoruya bilmədi. Ukraynalı mütəxəssis oyundan sonra intizamsızlıqdan və fiziki hazırlığın səviyyəsindən gileyləndi. Bəs dediyi çatışmazlıqları aradan qaldırıb komandanı mövsümün sonunda avrokuboklara daşıya biləcək? Bu barədə Mahmud Qurbanovun fikirlərini öyrəndik: “Komandaya yeni baş məşqçi gələndə futbolçular çalışır ki, ortaya yaxşı iş qoysunlar. Desək ki, Vernidub gəldi, 5 günə komandanı düzəltdi - bu mümkün deyil. Komanda 70 dəqiqə oynadı. Amma nəticə final fiti çalınanda - 90 dəqiqənin yekununda bəlli olur. İlk hissədə “Sumqayıt” çox zəif oynadı. İkinci hissədə “Neftçi” 2-ci qolu da vurub arxayınlaşdı. Samirin vaxtında da komanda belə oynayırdı. Dəyişiklik yoxdu. Vernidubun işi qışdan sonra bilinəcək. Əcnəbi məşqçilərə biz də, siz jurnalistlər də dəyirsiz ki, vaxt vermək lazımdı. Amma niyəsə bu yerli məşqçilərə şamil olunmur. Qış fasiləsi gəlir. Ondan sonra inkişaf haqda danışa bilərik. Mövsümün sonunda biləcəyik ki, “Neftçi” avrokuboklara düşəcək, ya yox”.MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.