ABŞ yeddi ölkənin vətəndaşlarına - Burkina Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşlarına ölkəyə tam giriş qadağası tətbiq edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev məlumat verib.
Bəyanatda qeyd edildiyi kimi, əvvəllər Laos və Syerra-Leoneyə qismən məhdudiyyətlər tətbiq edilmişdi, lakin indi bu ölkələrin vətəndaşlarının ABŞ-yə girişi tamamilə qadağan olunacaq.