AZ

Çempionlar Liqası: "Sabah" mübarizəni dayandırdı

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirib.

Fanat.Az xəbər verir ki, Almaniyanın paytaxtı Berlində "Alba" klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 83:107 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, "Sabah" B qrupunu 7 xalla sonuncu - dördüncü pillədə bitirib. "Alba" və Fransanın "Elan Şalon" kollektivləri hərəyə 11 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. "Sabah"la eyni xala malik Çexiyanın "Nimburk" komandası üçüncü olub.

FİBA Çempionlar Liqası
B Liqası, 6-cı tur
16 dekabr

23:00. "Alba" (Almaniya) – "Sabah" (Azərbaycan) 107:83
Berlin. "Uber Arena".

"Sabah"ın heyəti : Keyt Cordan, Hassani Qravett, Castin Tillman, Cerri Bleyks, Klavs Kavars, Ceyms İds, Jan-Mark Pansa, Şirzad Şirzadov, Kamran Məmmədov, Endar Poladxanlı, Ramiz Quliyev, Hüseyn Məmmədov.

Seçilən
98
4
fanat.az

5Mənbələr