Bakı. Trend:
FİFA 2026-cı il dünya çempionatına biletlərin yüksək qiymətləriilə bağlı tənqid dalğasına reaksiya verib.
Trend xəbər verir ki,Beynəlxalq Futbol Federasiyası turnirin hər oyunu üçün 45 funtsterlinq dəyərində yeni bilet kateqoriyasını təqdim edib.
Daha əvvəl Futbol Azarkeşləri Assosiasiyası qiymət siyasəti iləbağlı FİFA ilə danışıqlar aparılması üçün bilet satışınındayandırılmasını tələb etmişdi. Xatırladaq ki, ÇM-2026-nın finaloyununa “büdcə kateqoriyası” üzrə biletlərin qiyməti 4185 ABŞdollarından başlayır.
Yeni bilet kateqoriyası turnirdə keçiriləcək 104 oyunun hər biriüçün ümumi kvotanın 10%-ni təşkil edəcək. Hər bir ölkəyə özoyunları üçün stadion tutumunun 8%-i həcmində kvota ayrılacaq.