AZ

“Marsel”in yarımmüdafiəçisi “Yuventus”un əsas hədəflərindən birinə çevrilib

Bakı. Trend:

“Marsel”in və Danimarka millisinin yarımmüdafiəçisi Pyer-EmilHöybyerq qarşıdan gələn transfer pəncərəsində Turin təmsilçisi“Yuventus”un əsas hədəflərindən birinə çevrilib.

Trend bu barədə“La Gazzetta dello Sport”a istinadən bildirir.

Mənbənin məlumatına görə, “Yuventus” klubu yarımmüdafiə xəttinigücləndirmək istəyir, lakin bahalı transferlər etməyə hazır deyil.Lakin nə Provans klubunun rəhbərliyi, nə də baş məşqçi Roberto DeDzerbinin özü danimarkalı futbolçu ilə ayrılmaq istəmir, çünki o,komanda üçün vacib oyunçudur.

De Dzerbi həmçinin “Yuventus”un yarımmüdafiəçisi ManuelLokatellinin oyun keyfiyyətlərini yüksək qiymətləndirir və“byankoneri” bundan istifadə edərək italyan futbolçunu danimarkalıilə dəyişmək niyyətindədir.

Seçilən
44
2
az.trend.az

3Mənbələr