AZ

Ronaldu FIFA nın “İlin ən yaxşı futbolçusu” səsverməsində iştirak etməyib

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu FIFA-nın 2025-ci ilin ən yaxşı futbolçusu, qapıçısı və məşqçisini müəyyən etmək üçün keçirdiyi səsvermədə iştirak etməyib.

İdman.Biz bildirir ki, onu mərasimdə millidəki komanda yoldaşı Bernardu Silva əvəz edib.

Təqvim ilinin ən yaxşı məşqçiləri və futbolçularının mükafatlandırma mərasimi 16 dekabrda Qətərin Doha şəhərində keçirilib. Ənənəvi olaraq, səsvermədə hər bir FIFA üzv ölkəsindən üç nümayəndə iştirak edir: milli komandanın məşqçisi və kapitanı, eləcə də bir jurnalist.

PSJ-nin hücumçusu Usman Dembele 2025-ci ilin ən yaxşı futbolçusu seçilib. “Pari Sen-Jermen”in məşqçisi Luis Enrike isə ən yaxşı məşqçi olub.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
2
icma.az

3Mənbələr