AZ

Qarabağı könüllü tərk etmiş ermənilərin 26 mindən çoxu

Qarabağı könüllü tərk etmiş ermənilərdən 26 233 nəfəri Ermənistan vətəndaşlığı alıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini David Xaçatryan "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Babken Tunyanın sualına cavab verərkən deyib.

 

Onun sözlərinə görə, daha 6 696 nəfər isə vətəndaşlıq üçün müraciət edib və onların müraciətləri baxılma mərhələsindədir.

 

“Bu günə qədər 26 233 nəfər vətəndaşlıq alıb, onlardan 16 919-u yetkin, 8 314-ü isə yetkinlik yaşına çatmayanlardır. Vətəndaşlıq üçün müraciət edən və ərizələri hələ də işlənmə mərhələsində olanların sayı 6 696-dır”, - Xaçatryan bildirib.

Seçilən
50
4
senzor.az

8Mənbələr