Ajans.az-ın "Haber Global"a istinadən məlumatına görə, hadisə Taşdelen tunelində qeydə alınıb. Belə ki, tuneldə ilk olaraq iki avtomobil toqquşub, arxadan gələn 5 avtomobil isə qəza törətmiş nəqliyyat vasitələrinə çırpılıb. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb.