Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana ilə bağlı maraqlı hadisə yaşanıb.
Milli.Az xəbər verir ki, redaksiyamıza daxil olan məlumata görə, müğənni Biləsuvar rayonunda hərəkətdə olarkən naviqasiyanın yanlış istiqamət göstərməsi səbəbindən qəbiristanlıq ərazisinə daxil olub.
Nəticədə avtomobil bir neçə qəbir daşının hasarına zərər yetirib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılıb və Canana qanunvericiliyə uyğun olaraq cərimələnib.
Faktla bağlı əlavə detallar dəqiqləşdirilir.
Hüseyn
Milli.Az