AZ

Qazaxıstanda sərnişin təyyarəsi HƏYƏCAN SİQNALI verdi Salonda tüstülənmə

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 17-də yerli vaxtla saat 07:38-də Almatı–Astana marşrutu üzrə yerinə yetirilən KC-851 saylı müntəzəm sərnişin reysi zamanı “Air Astana” aviaşirkətinə məxsus Airbus A321N (EI-KDG) təyyarəsi həyəcan siqnalı verib.Bizim.Media xəbər verir ki, bu barədə Zakon.kz məlumat yayıb.

 

“Kazaeronavigatsiya”nın Hava Hərəkətinin Planlaşdırılması Mərkəzinin verdiyi məlumata görə, ekipaj təyyarənin salonunda tüstülənmə müşahidə edildiyi üçün MAYDAY – fövqəladə vəziyyət siqnalı elan edib.

İlkin məlumatlara əsasən, sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan yoxdur.Təyyarə saat 07:40-da Almatı hava limanına uğurla eniş edib. Təhlükəsizliyin təmin olunması məqsədilə hava limanının yanğınsöndürmə və qəza-xilasetmə xidmətləri səfərbər edilib.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
2
bizim.media

3Mənbələr