ain.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
13 yanvar 2026-cı il tarixində "Yelo Bank” ASC Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
Marja.az xəbər verir ki, Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Yığıncağın gündəliyində duran cari və təşkilati məsələlərə baxılması;
2. Nizamnaməyə əlavə və dəyişikliklərin olunması ilə əlaqədar Nizamnamənin yeni redaksiyada təsdiq olunması.
Yığıncaq Bankın Həsən bəy Zərdabi prospekti, 81 K ünvanında yerləşən Baş Ofisində keçiriləcək.
Qeyd edək ki, "Yelo Bank” ASC-nin səhmdarları Marina Kulişova (98,94%), Anar Həsənov (0,96%) və "İSR Holdinq" MMC-dir (0,10%).
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.