AZ

Serbiya Avropa ilə Rusiya arasındakı gərginlikdə mövqeyini açıqlayıb

Serbiya Prezidenti Aleksandar Vuçiç Avropa ilə Rusiya arasında mümkün qarşıdurma baş verəcəyi təqdirdə Serbiyanın mövqeyi ilə bağlı açıqlama verib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, Aleksandar Vuçiç bildirib ki, hazırda dünya böyük bir qarşıdurmanın astanasındadır və Serbiyanın əsas məqsədi sülhü qorumaqla yanaşı, ölkə iqtisadiyyatını inkişaf etdirməkdir.

Serbiya prezidenti xatırladıb ki, Birinci Dünya müharibəsi zamanı ölkə əhalisinin təxminən 29 faizi həlak olub və bu tarixi təcrübə Serbiyanın müharibələrdən uzaq durmaq mövqeyini şərtləndirir.

Vuçiç vurğulayıb ki, hər hansı münaqişə baş verəcəyi halda serblər döyüşlərdə iştirak etməyəcək. Onun sözlərinə görə, Serbiya ordusunun gücləndirilməsi davam etdiriləcək, təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif müdafiə sistemləri alınacaq və bununla da ölkənin güclü çəkindirici imkanlara malik olduğu nümayiş etdiriləcək.

Qeyd edək ki, Aleksandar Vuçiç noyabr ayında Avropa ölkələrinin Rusiya ilə müharibəyə hazırlaşmasından danışmış və bu fonda Serbiya ordusunun gücləndirilməsinin vacibliyini vurğulamışdı. O, həmçinin mümkün qarşıdurma şəraitində Serbiyanın çətin seçim qarşısında qaldığını bildirmiş, ölkənin Hərbi Hava Qüvvələrinin gücləndirilməsini isə əsas prioritetlərdən biri kimi göstərmişdi.

//Gülnarə Abasova, Editor.az

Seçilən
116
editor.az

1Mənbələr