AZ

Ukrayna Krasnodar və Saratova hücum etdi

Ukrayna gecə saatlarında Rusiyanın Krasnodar vilayətininSlavyansk-on-Kuban şəhərindəki neft emalı zavoduna PUA-larla hücum edib.

Teleqraf xəbər verir ki, hücumdan sonra şəhərdə hava hücumundan müdafiə sistemləri işə salınıb, partlayış səsləri eşidilib.

Zavoda hansı miqyasda ziyanın dəydiyi hələlik məlum deyil, amma iki nəfərin xəsarət aldığı və bir neçə fərdi evə ziyan dəydiyi bildirilib.

Ukrayna Saratov və Engelsi də PUA-larla hədəfə alıb. Engelsdə əvvəllərd Ukrayna ordusu tərəfindən dəfələrlə hücuma məruz qalan strateji aviasiya bazası yerləşir. Məlumata görə, Saratov və yaxınlıqdakı Engels şəhəri üzərində ən azı 12 partlayış səsi eşidilib.

Dronlar həmçinin böyük bir hava bazası və aviasiya məktəblərinin yerləşdiyi Krasnodar vilayətindəki Yeysk şəhərinə hücum edib.

Seçilən
127
1
teleqraf.com

2Mənbələr