AZ

Evlənmək toyda hoppanıb düşmək deyil, bu nağıllara inanma Murad Arif

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Kasıblıq resursun olmamasıdır. Amma resurs yalnız pul deyil. Əlin-ayağın yeriyirsə, başın işləyirsə, gəncsənsə, məqsədlərin, arzuların varsa, nəsə öyrənə bilirsənsə, sən çox imkanlısan. Sadəcə bu resursları səfərbər edib, pula çevirməyi bacarmalısan”.

Ölkə.Az xəbər verir ki, bu sözləri müğənni, bəstəkar Murad Arif sosial şəbəkələrdə yazıb. O, gəncləri ailə qurmaq üçün tələsməməyə və məsuliyyətlərini dərk etməyə çağırıb:

“Kasıblığı yaradan əsas səbəblərdən biri də, mentalitetin "evlənmək" adətidir. Sən bu həyatı anlamadan, özünü dərk etmədən, öz ayaqların üzərində dayanmadan evlənirsənsə, imkansızlığa imza atırsan. Başa düş! Problemi dərinləşdirməyə ilk addımdır bu.

İzləyicilərim arasında gənclər, yeniyetmələr çoxdur. Onlara səslənirəm, ailə qurmaq gözəldir. Amma buna heç vaxt tələsməyin. Ailəni daşımaq lazımdır. "Atam-anam nəvə görsün" düşüncəsi tələdir.

Oturun bir normal gənc ailənin aylıq xərclərini hesablayın və bu xərcləri irəliləyən(ən azı) 5-10 il ərzində qarşılaya biləcəyin öz gəlirinizi düşünün. “Allah-Allah”la, bəxtə-xuda ayağınızı daşıya bilməyəcəyiniz məsuliyyətə bağlamayın. Arvad-uşağın tələbi var. Sən onları yaşatmalısan. Evlənmək - qız tapıb, hərisini alıb, üzüyünü taxıb, dostlarınla kartej qurub, toyda hoppanıb-düşmək deyil. Toyxananın da pulunu qonaqlar çıxaracaq. Bu ən asanıdır! Bununla bitmir, əksinə, hər şey başlayır.

Nə qədər ki təksən, ayağın yeriyir, qolunda güc var, başın işləyir, demək ki, imkanlısan. Bu imkanları özün üçün dəyərləndir hələ. (Axı sən də insansan)

Daşıya bilməyəcəyin yükünü bir az da ağırlaşdırma. Özünü axtar, inkişaf et, məqsədlərini, hədəflərini bəlli et, stabil və qarantiyalı qazancın yolunu tap, sonra ailə qur.

İndi gəlib yazacaqlar "Mən evlənəndə heş nəyim yox idi", "Uşağın ruzisi göydən gəlir" , "Evləndim sonra varlandım" filan. Bunu bil ki, onların sadəcə bəxti gətirib. Belə sistem yoxdur təbiətdə. Bu nağıllara inanma. Məsuliyyəti dərk et", - deyə o əlavə edib.

Billurə

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
7
olke.az

8Mənbələr