AZ

“Air Astana” təyyarəsi Almatıda təcili eniş edib

Yazını böyüt
Yazını kiçilt

“Air Astana” aviaşirkətinə məxsus təyyarə ilə bağlı insident dekabrın 17-si səhər saatlarında Almatı–Astana marşrutu üzrə həyata keçirilən KC-851 saylı müntəzəm reys zamanı baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, “Air Astana” tərəfindən istismar olunan “Airbus A321N EI-KDG” tipli hava gəmisinin ekipajı salon daxilində tüstülənmə aşkar edildiyinə görə MAYDAY qəza siqnalı elan edib.

Qəza siqnalı Astana vaxtı ilə saat 07:38-də verilib. Təyyarə saat 07:40-da Almatı hava limanına təhlükəsiz şəkildə eniş edib.

İlkin məlumatlara əsasən, sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan yoxdur. Təhlükəsizliyin təmin edilməsi məqsədilə enişdən sonra Almatı hava limanının yanğınsöndürmə və qəza-xilasetmə xidmətləri cəlb olunub.

Hazırda Nəqliyyatda Hadisə və İnsidentlərin Araşdırılması Departamentinin əməkdaşları tərəfindən hadisənin başvermə şəraiti daha ətraflı şəkildə araşdırılır.

Seçilən
46
1
hafta.az

2Mənbələr