AZ

WUF13 çərçivəsində keçiriləcək “Urban Expo” sərgisi üçün müraciətlərin qəbuluna start verilib

Bakı. Trend:

17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək ÜmumdünyaŞəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsindətəşkil olunacaq “Urban Expo” sərgisi üçün müraciətlərin qəbulunabaşlanılıb.

Trend xəbər verir ki,beynəlxalq miqyasda on minlərlə ziyarətçinin iştirak edəcəyi sərgidayanıqlı şəhər inkişafına dair qabaqcıl yanaşmaların qlobalauditoriyaya təqdim edilməsi baxımından unikal platforma rolunuoynayacaq.

35 min kvadratmetr sahədə təşkil olunacaq sərgidə ölkələr,şəhərlər, bələdiyyələr, regional qurumlar, BMT təşkilatları,akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyətitəşkilatları, fondlar və özəl şirkətlər iştirak edə biləcək.

Kiçik stendlərdən tutmuş genişmiqyaslı ölkə və şəhərpavilyonlarınadək müxtəlif formatlarda təqdim olunacaq sərgilayiqli mənzil təminatı, iqlimə davamlılıq, rəqəmsal innovasiyalarvə inklüziv şəhər inkişafı kimi prioritet mövzular ətrafında qlobaliştirakçıları bir araya gətirəcək. Sərgi çərçivəsində müasirşəhərlərin üzləşdiyi əsas problemlərə dair praktik və innovativhəllərin nümayişi nəzərdə tutulur.

Həmçinin WUF13 çərçivəsində ilk dəfə olaraq Startap Pavilyonu vəWUF Akademiyası kimi yeniliklər təqdim ediləcək.

Qeyd edək ki, “Urban Expo”da iştirakçılıqla bağlı müraciətlər 31mart 2026-cı il tarixinədək onlayn şəkildə qəbul olunur və hərkateqoriya üzrə bir müraciət məqbul sayılır.

Qeydiyyat və əlavə məlumat üçün “Urban Expo” səhifəsinədaxil olmaq və ya [email protected] elektron poçt ünvanıvasitəsilə əlaqə saxlamaq mümkündür.

Seçilən
37
7
az.trend.az

8Mənbələr