Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Yeni il süfrəsinə yüngül qəlyanaltılarla başlamaq lazımdır".
Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə həkim-qastroenteroloq Svetlana Mingazova danışıb.
Onun sözlərinə görə, Yeni il ziyafətinə yüngül qəlyanaltılarla başlamaq tövsiyə olunur. Bunlara təzə tərəvəzlər, sobada bişmiş ət, humus, avokadolu tam buğda çörəyi, eləcə də hinduşka və ya tərəvəzlərdən hazırlanmış kiçik qəlyanaltılar daxildir.
Həkim əlavə edib ki, göyərti, pomidor, xiyar, ispanaq, dəniz məhsulları və avokado əsasında hazırlanan salatlar da uyğun seçimdir.
Qastroenteroloq xəbərdarlıq edib ki, mayonezli, kəskin və ya turş souslu salatları, həmçinin çiy kələm və ya qalın qabıqlı tərəvəzlər kimi kobud lif tərkibli qidaları süfrənin əvvəlində yemək məsləhət deyil.
Bundan əlavə, həkim Yeni il gecəsi hisə verilmiş məhsulların, turp, sarımsaq və soğanın qəbulunu da tövsiyə etmir. Ağır ət və yağlı balıq əvəzinə toyuq filesi, hinduşka əti, dana əti və ya yağsız balıq seçilməlidir:
"Ən uyğun bişirmə üsulları sobada bişirmə, pörtlətmə, qril və buğda bişirmədir. Qarnir kimi isə qarabaşaq, qəhvəyi düyü, bulqur və sobada bişmiş tərəvəzlər seçilə bilər".
Həmidə İbrahimova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.